cokeotu yagı - AL-AMIN.AZ - QARA ZİRƏ YAĞI, KEÇİBUYNUZU BƏKMƏZİ, TAHİN

Azərbaycan
24 saat iş
BİZƏ ZƏNG EDİN
SƏBƏT
24 saat
Məzmuna keçin
Qara zirə ( çörəkotu ) yağı
Tərkibi:
Nigelon, minerallar, kükürd, fosfor, dəmir, kalsium, aktiv fermentlər, karbohidratlar, zülal, A, B, C, və E vitaminləri (o cümlədən, 100 qr yağda beta-tokotrienol – 1.22 mq, qamma-tokoferol – 2.59 qr).  
Turşu tərkibi:
Linol – 55-60%, olein – 15-18%, palmitin – 10-12%, eykozen 4-5%, stearin – 1-3%, alfa-linol – 1 %-ə qədər.
Sıxılma üsulu:
Məhsulun hazırlanmasında soyuq sıxılma üsulundan istifadə edilmişdir. Bu üsul isti sıxılmaya nisbətdə çörəkotu toxumlarından daha çox faydalı maddələrlə zəngin yağ əldə etmək imkanı verir. Həmçinin soyuq sıxılma üsulu toxumda olan zərərli maddələrin yağa daxil olmasının qarşısını alır.
Çörəkotu yağının istifadəsinə əks göstərişlər
Baxmayaraq ki, çörəkotu ən effektiv müalicə bitkilərindən biridir, onun istifadəsinə əks göstərişlər mövcuddur.  

Diqqət! Əks göstərişlərə aiddir:
- Əgər orqanizmin çörəkotu toxumlarına uyğunluğu yoxdursa, hamiləlik dövründə çörəkotundan istifadə etmək qadağandır. Lakin əgər orqanizm çörəkotu toxumuna alışıqdırsa, həkim məsləhəti və nəzarəti altında kiçik dozalarda istifadəsi mümkündür. Çörəkotu yağının tərkibində olan bitki mənşəli hormonlar doğuş fəaliyyətini stimullaşdırdığına görə, hamiləlik dövründə qəbulu məsləhət görülmür.
- Çörəkotu toxumlarına və yağına individual dözümsüzlük və hiperhəssaslıq. Uşaqlar üçün çörəkotu yağının istifadəsinə əks göstəriş başlıca olaraq (dəri, tənəffüs yolları və gözlərdə müşahidə olunan) allergiyadır. Bu səbəbdən çörəkotu yağının istifadəsindən əvvəl orqanizmin allergik statusunun təyin edilməsi üçün test keçirilməsi məsləhət görülür. Bunun üçün steril iynə ilə dəridə kiçik, səthi cızıq edilməli və həmin nahiyəyə az miqdarda çörəkotu yağı sürtülməlidir. Əgər dəridə heç bir dəyişiklik və allergik reaksiya olmazsa, çörəkotu yağının istifadəsinə kiçik miqdarlarda başlamaq və get-gedə kiçik dozaları müalicə-profilaktik dozalara qədər artırmaq olar.
- Çörəkotu tərkibli məhsulların dəri səthində istifadəsi zamanı yanıq və ya allergik səpki qeyd olunarsa, təcili şəkildə çörəkotu məhsulunun istifadəsi dayandırılmalı və həkimə müraciət edilməlidir.
- Orqan köçürülmüş uşaqlara çörəkotu yağının daxilə qəbul edilməsi qəti şəkildə qadağandır.
- Mədə-bağırsaq sistemində qastritin ağır formaları, mədədə və bağırsaqlarda qanayan xoraların, böyrək və öd kisəsində kiçik ölçülü daşların olması hallarında çörəkotu yağının qəbul edilməsi qadağandır. Yağın ən azı ilk dəfə istifadəsindən əvvəl daxilə qəbula dair fitoterapevt və ya terapevtdən məsləhət alınmalıdır.
- Çörəkotu yağının istifadə qaydası və dozası

Müalicə-profilaktik məqsədlərlə çörəkotu yağının qəbulu dozaları aşağıdakılardır:
- Gün ərzində 2-3 dəfə yeməkdən 1 saat sonra 1 çay qaşığı miqdarında qəbul edilir. Müalicə kursunu 3-4 ay davam etmək olar. Növbəti müalicə kursuna 2 ay fasilədən sonra başlamaq məsləhət görülür.
- Yeməkdən 20-30 dəqiqə əvvəl boş mədəyə 1 çay qaşığı miqdarında içilir. Üstündən yarım çay qaşığı bal ilə su məhlulu və ya yarım stəkan ilıq kök və ya balqabaq şirəsi içmək olar. Müalicə kursunu 3-4 ay davam etdirmək olar. Növbəti müalicə kursuna başlamaq üçün 2 ay fasilə verilməsi məsləhət görülür.

Çörəkotu yağı ilə xərçəngin müalicəsi üçün:
- Çörəkotu yağı xərçəngin disseminasiya mərhələsində deyil, xərçəngin profilaktikası və ilkin mərhələlərində istifadə edilməlidir. Xərçəngin müalicəsi zamanı xəstə nahiyələrə çörəkotu yağı sürtülür və daxilə 1 çay qaşığı çörəkotu yağı, üstündən suda həll olunmuş yarım çay qaşığı bal və ya yarım stəkan ilıq kök və ya balqabaq şirəsi qəbul edilir.

Prostatit və sistitin müalicəsi üçün:  
- Bərabər miqdarda çörəkotu və kamfora yağlarışdırılaraq hər gün belin aşağı hissəsinə, qasıq və xayalara sürtülür. Həmin nahiyələr mütləq isti saxlanmalı və soyuqdan qorunmalıdır.
- 1 xörək qaşığı çörəkotu yağı eyni miqdarda çobanyastığı yağı və 1 qaşıq bal  ilə qarışdırılaraq, yeməkdən 1-2 saat sonra 1 xörək qaşığı sovurularaq qəbul edilir və üstündən ilıq su içilir. Bu halda suyu boş mədəyə və bol miqdarda (gündə 2 litr) içmək məsləhət görülür.  

Babasilin müalicəsi üçün:
- Əgər babasil kəskin hal almayıbsa çörəkotu yağı ilə müalicəsi mümkündür.
- Bərabər miqdarda (hərəsindən 1 xörək qaşığı) çörəkotu və zeytun yağı, bal, 15 damcı lavanda və ya çayağacı efir yağı ilə qarışdırılaraq məhlul hazırlanır. Kiçik ölçülü tampon bu məhlulda isladılaraq gündə 2 dəfə zədələnmiş nahiyəyə qoyulur. Boş mədəyə gündə 2 dəfə eyni miqdarda (hərəsindən 1 çay qaşığı) çörəkotu və kətan toxumu yağları qarışdırılaraq daxilə qəbul edilir.
- Asafetida qətranından (hiltit) götürülərək 3-4 damcı çörəkotu yağı ilə qarışdırılır və yoğurularaq şam düzəldilir. Gündə 2 dəfə olmaqla 2 həftə ərzində zədələnmiş nahiyəyə qoyulur.

Dəri xəstəliklərinin müalicəsi üçün:
- Çörəkotu yağı müxtəlif dəri xəstəliklərinin müalicəsində effektiv təsirinə görə kosmetologiyada da geniş istifadə edilir. Psoriaz xəstəliyində çörəkotu yağı bərabər nisbətdə küncüt, badam, zeytun və ya qoz yağları ilə qarışdırılaraq az miqdarda psoriaz olan nahiyəyə sürtülür. Bəzən yağın istifadəsi zamanı səpkinin artması müşahidə oluna bilər. Əgər 1 həftə ərzində dəridə heç bir müsbət dəyişikliklər nəzərə çarpmazsa, müalicə dayandırılmalıdır.

Kişilərdə sonsuzluğun müalicəsi üçün:
- Çörəkotu yağının tərkibində bitki tərkibli hormonlar var ki, bunlar potensiya və libidonu artırmaqla yanaşı, testesteronun ifraz edilməsinə və spermatogenezə müsbət təsir edərək sonsuzluğun müalicəsinə səbəb olur.  
- Gün ərzində 2-3 dəfə yeməkdən 1 saat sonra 1 çay qaşığı qəbul edilir. Müalicə kursunu 3-4 ay davam etmək olar. Növbəti müalicə kursuna 2 ay fasilədən sonra başlamaq məsləhət görülür.

Qadınlarda sonsuzluq və cinsiyyət orqanlarının infeksiyası zamanı müalicə üçün:
- Qadınlarda qan dövranının yaxşılaşdırılması, ginekoloji infeksiyaların müalicəsi, uşaqlıq yolları mühitinin normallaşdırılması üçün çörəkotu yağı bərabər miqdarda zeytun yağı, 1 xörək qaşığı bal, 20 damcı çayağacı yağı ilə qarışdırılaraq məhlul hazırlanır və bu məhlulda gigiyenik qadın tamponu isladılır. Bu tamponlar 10 gün ərzində 1 saat müddətinə aybaşından sonra (ovulyasiyadan 10 gün əvvəl) istifadə edilə bilər.

Şəkərli diabetin müalicəsi üçün:
- Çörəkotu yağı, tərkibində olan A, D, E, B3 və B1 vitaminləri, kalium, sink, manqan, fosfor və amin turşuları birləşmələri səbəbi ilə insulinin bədəndə təbii şəkildə sintezinə yardım edir. Çörəkotu yağının mütəmadi qəbulu bədənin yuxarıda sadalanan maddələrlə zənginləşməsinə görə qanda şəkərin səviyyəsinin azalmasına təsir edir.  
- Gün ərzində 2-3 dəfə yeməkdən 1 saat sonra 1 çay qaşığı miqdarında qəbul edilir. Üstündən yarım stəkan ilıq kök şirəsi içilir. Müalicə kursunu 3-4 ay davam etdirmək olar. Növbəti müalicə kursuna başlamaq üçün 2 ay fasilə verilməsi məsləhət görülür.

Yuxarı və aşağı tənəffüs yolları xəstəliklərinin çörəkotu yağı ilə müalicəsi zamanı:
- Çörəkotu yağı, bəlğəmgətirici və bronxgenişləndirici təsirlərlə bərabər iltihab, virus və bakteriya əleyhinə xassələrə malik olduğundan bronxit, haymorit və qripin müxtəlif növlərinin qarşısını ala və müalicə edə bilir.
- Gündə 2-3 dəfə 1 çay qaşığı yeməkdən sonra qəbul edilməsi məsləhət görülür.
- İsti ev şəraitində, soyuqdan qorunmaq şərti ilə çörəkotu yağı ilə 5 damcı kəklikotu və ya kamfora yağı qarışdırılaraq xəstənin bütün bədən nahiyələrininin ovuşdurulması məsləhət görülür. Soyuqdan qorunmaq mütləqdir.

Haymorit, frontit və ya sinusit zamanı müalicə üçün:
-Çörəkotu yağı bərabər miqdarda zeytun yağı ilə qarışdırılaraq 1 xörək qaşığı bal və 20 damcı çayağacı yağı əlavə edilir. Tənzifdən hazırlanmış kiçik tamponlar yaxşıca qarışdırılmış və bir qədər isidilmiş məhlul ilə isladılaraq gündə 3 dəfə 15-20 dəqiqə burunun hər iki dəliyinə qoyulur. Eyni zamanda gün ərzində bir neçə dəfə burun dəliklərinin dəniz duzu məhlulu ilə yuyulması məsləhət görülür.
-Çörəkotu yağı eyni miqdarda zeytun yağı ilə qarışdırılaraq burun ətrafı və alın nahiyələrinə bir neçə dəqiqə ərzində dəriyə hopdurularaq sürtülür.
-Yarım çay qaşığı gündə 3 dəfə yeməkdən sonra qəbul edilməsi məsləhət görülür.

Otit (orta qulaq iltihabı) zamanı müalicə üçün:
-Çörəkotu yağını qulağa bir başa tökmək olmaz. Müalicə məqsədi ilə pambıq çörəkotu yağında isladılaraq sıxılır və sonra qulağın daxilinə yerləşdirilir. Bu zaman qapalı isti yerdə olmaq və soyuqdan qorunmaq lazımdır.
-1 çay qaşığı çörəkotu yağına 5 damcı lavanda yağı əlavə edilərək qarışdırılır və bu məhlulda isladılmış pambıq sıxıldıqdan sonra qulağa qoyulur və pambıq gündə 3 dəfə dəyişdilir.

Hipertoniya zamanı çörəkotu ilə müalicə üçün:

- Hipertoniya zamanı çörəkotu yağını çox miqdarda istifadə etmək olmaz. 5-6 damcı çörəkotu yağını alma və ya portağal şirəsi ilə qarışdıraraq boş mədəyə içmək olar.  Hipertoniya xəstələri üçün çörəkotu toxumunun dəmləməsi daha çox məsləhət görülür.
Parazitlərə qarşı çörəkotu yağının qəbulu:
- Gün ərzində 2-3 dəfə yeməkdən 1 saat sonra 1 çay qaşığı qəbul edilir.  Müalicə kursunu 3-4 ay davam etdirmək olar. Növbəti müalicə kursuna başlamaq üçün 2 ay fasilə verilməsi məsləhət görülür.

Çörəkotu yağının saxlanma şəraiti:
20°C-dən yüksək olmayan temperaturda qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Aptekdən buraxılma şərti:
İçlikdə çörəkotu yağı ilə verilən reseptlər həkim tərəfindən təcrübədən keçirilmiş və təsdiq edilmişdir. Buna baxmayaraq çörəkotu yağı mütəxəssislərlə məsləhətləşdikdən sonra qəbul edilməlidir. Verilən dozalara riayət edilməlidir. Məhsul reseptsiz buraxılır.

“Azfar Processing” MMC,
Bakı ş., Qaradağ r-nu, Salyan şossesi, Lökbatan yolu 22A.

AZS Uyğunluq Sertifikatı B № İSS 003570
Gigiyenik Sertifikat № AZ 031 2193
TŞ AZ 1304719781.001-2017

Qara zirə həbəşistan
Qara zirə hindistan
Qara zirə Uşaq
SİFARİŞ ÜÇÜN MÜRACİYYƏT EDİN
Məqaləyə qayıt