Al Amin şirkətinində çatdırılma şərtləri - AL-AMIN.AZ - QARA ZİRƏ YAĞI, KEÇİBUYNUZU BƏKMƏZİ, TAHİN

Azərbaycan
24 saat iş
BİZƏ ZƏNG EDİN
SƏBƏT
24 saat
Məzmuna keçin
Çatdırılma
Əgər siz bu məqaləni oxuyursunuzsa, deməli, çox güman ki, onlayn alışın üstünlüklərini artıq dərk etmisiniz. Siz malın daşınması zamanı özünüzü qayğılardan azad edəcəksiniz – aldığınız malı göstərdiyiniz ünvana qısa müddətdə və ehtiyatla çatdıracağıq.

Çatdırılmanın üstünlükləri:
  • Münasib zamanda;
  • Kuryer malın çatdırılmasına bir saat qalmış sizinlə əlaqə saxlayacaq;
Çatdırılma
Saytda müstəqil şəkildə sifariş verilən malın çatdırılması
Cari gün ərzində saat 09:00-dan 16:00-dək rəsmiləşdirilən sifarişlər həmin gün çatdırılır. Saat 16:00-dan sonra rəsmiləşdirilən sifarişlər ertəsi gün çatdırılır. Malın əldə olmaması səbəbindən çatdırılmanın bir neçə gün təxirə salına biləcəyi hallar istisna təşkil edir. Вelə olduqda alıcıya mövcud vəziyyət barədə tam məlumat verilir.
Çatdırılmanın qiyməti
Qiyməti 20 manat və daha yüksək olan yaxud ümumi dəyəri 20 manat və daha artıq təşkil edən mallar pulsuz çatdırılır. Sifarişin dəyəri 20 manatdan aşağı olduqda çatdırılmanın qiyməti 3 manat təşkil edir.

Çatdırılma şərtləri
  • Sifariş verdiyiniz mal saytda rəsmiləşdirmə zamanı göstərdiyiniz ünvana çatdırılacaq (düzgün çatdırılma üçün ünvanının düzgünlüyünü və alıcının əlaqə nömrələrini yoxlayın).
  • Sizin malınız sifarişdə göstərilən tarixdə göndəriləcək və ünvana çatdırılmaya bir saat qalmış kuryer sizinlə əlaqə saxlayacaq.
  • Siz malın və xidmətin dəyərini əmtəə çekinə uyğun olaraq öncədən yaxud çatdırılma xidmətinin əməkdaşına bilavasitə ödəməlisiniz.
  • Malı aldığınızı öz imzanızla təsdiq etməlisiniz. Əgər iradlarınız varsa, onları Əmtəə qəbzinin “Xüsusi qeydlər” bölməsində göstərməlisiniz. Mal sifarişdə və Əmtəə qəbzində soyadı, adı, atasının adı qeyd olunmuş alıcıya yaxud onun səlahiyyət verdiyi şəxsə təqdim olunur.

Məqaləyə qayıt