Al Amin şirkətinin ödəmə üsulları - AL-AMIN.AZ - QARA ZİRƏ YAĞI, KEÇİBUYNUZU BƏKMƏZİ, TAHİN

Azərbaycan
24 saat iş
BİZƏ ZƏNG EDİN
SƏBƏT
24 saat
Məzmuna keçin
Ödəmə üsulları

Al-amin.az saytında ödəmə müştərinin istəyindən asılı olaraq altı üsul ilə həyata keçirilə bilər:
  • Nağd hesablaşma;
  • Bank kartı ilə hesablaşma;
  • Pos-terminal vasitəsilə plastik kartla ödəmə;
  • Nağdsız hesablaşma;
  • Bonus katrı ilə ödəmə;
  • Hədiyyə kartı ilə ödəmə;
Ödəmə üsulları al amin
Nağd hesablaşma
"Nağd almaq" seçdiyiniz təqdirdə bizim satıcı-konsultant sifarişinizi təsdiq etmək və çatdırılma tarixini dəqiqləşdirmək üçün sizinlə əlaqə saxlayacaqdır.  Daha sonra bizim kuryer sizin sifarişi qeyd etdiyiniz ünvana çatdıracaq və ödənişi sizdən qəbul edəcək.

Kredit kartı ilə hesablaşma
Saytımızdakı interfeys vasitəsilə etdiyiniz sifarişə görə ödənişi qısa müddətdə, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz.
"Bank kart" seçdiyiniz təqdirdə siz "MilliKart" səhifəsinə yönləndirilirsiniz və həmin səhifədə kart məlumatlarınızı daxil edərək onlayn formada ödəniş edirsiniz. Daha sonra bizim satıcı-konsultant sifarişinizi təsdiq etmək və çatdırılma tarixini dəqiqləşdirmək üçün sizinlə əlaqə saxlayacaqdır.
Ödəniş etmək üçün tərəfimizdən bu kartlar qəbul olunur:
Master Card, Master Card Electronic, Visa, Visa Electron, Maestro.

Pos-terminal vasitəsilə plastik kartla ödəmə
Çatdırılma xidmətinin əməkdaşı bank kartını təqdim etməklə əmtəə qəbzində göstərilən məbləğin post-terminal vasitəsilə ödənilməsini xahiş edəcək və post-terminalda çap olunmuş qəbzin surətini sizə verəcək.

Nağdsız hesablaşma
Diqqət! Nağdsız hesablaşma yalnız hüquqi şəxslər üçün nəzərdə tutulub.
  • Hüquqi şəxslər üçün ödəmə yalnız nağdsız hesablaşma üzrə pul vəsaitlərinin alıcının hesablaşma hesabından «AL-AMİN» MMC-nin hesablaşma hesabına köçürülməsi yolu ilə həyata keçirilir.
  • Sifariş rəsmiləşdirildikdən sonra təşkilatınızın tam rekvizitlərini dəqiqləşdirmək üçün operator Sizinlə əlaqə saxlayacaq.
  • Malın dəyərinin ödənilməsi ilə bağlı hesab sifarişdə göstərilən elektron poçt vasitəsilə Sizə göndəriləcək.
  • Sifarişi təhvil alarkən təşkilatın əsas möhürü yaxud etibarnamə və təşkilatın əsas möhürü yanınızda olmalıdır. Mal ilə birlikdə bütün zəruri sənədlər (hesab, hesab-faktura və qaimə) sizə təqdim olunacaq.

Bonus kartı ilə ödəmə
Əgər sifarişin ödənilməsi üçün bonus kartınızda kifayət qədər bonus toplanıbsa, bu barədə Nəzarət mərkəzinə məlumat verin və biz bonusların qarşılıqlı silinməsini həyata keçirək.

Hədiyyə kartı ilə ödəmə
Bizdə hədiyyə kartları mövcuddur və əgər həmin kart sizə hədiyyə edilibsə, sifarişin ödənilməsi üçün ondan asanlıqla istifadə edə bilərsiniz. Bunun üçün hədiyyə kartının məlumatlarını Nəzarət mərkəzinə bildirməyiniz tələb olunur.


Ödənişlər yalnız Azərbaycan manatı ilə həyata keçirilir.
Daha ətraflı məlumat əldə etmək üçün aşağıda göstərilər əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
+99455 207 06 09 (whatsap aktivdir)

Məqaləyə qayıt